6 günlük bayram tətilini fürsət bilənlər rayonlara üz tuturlar.
Xezerxeber.az xəbər verir ki, tətilin ilk günündə Bakı Beynəlxalq Avtovağzal Kompleksində əvvəlki günlərlə müqayisədə sıxlıq yaşanıb. Rayonlara gedənlərin çoxluğu səbəbilə kassalarda bilet qıtlığı yaranıb. Buna görə də bəzi sərnişinlər saatlarla kassaların qarşısında gözləyiblər.
Səfərini əvvəldən planlaşdıran sərnişinlər isə biletlərini onlayn qaydada aldıqlarını deyirlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirdilər ki, adi günlərlə müqayisədə sərnişin sıxlığı 2 dəfəyə qədər artıb. Təkcə ötən gün 11 min sərnişin yola salınıb. Bu gün də günün birinci yarısına qədər 9 mindən artıq sərnişin bölgələrə səfər edib.
Sıxlığı aradan qaldırmaq məqsədilə xətlərə əlavə 100-ə qədər avtobus buraxılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.