Xəzər Xəbər

Aeroportun fəaliyyətində dəyişikliklər ediləcək VİDEO

Veb TV | 21:11 • 7 Noyabr 2024
Aeroportun fəaliyyətində dəyişikliklər ediləcək

COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər ediləcək. Məqsəd sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, hava limanı tərəfindən sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.

Hava limanının mətbuat katibi Nərmin Xəlilova bildirib ki, 10-14 noyabrda hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq.

Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Zığ şosesi tövsiyə edilir. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün isə Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.

Nərmin Xəlilova onu da qeyd edib ki, COP29 müddətində, yəni 10-22 noyabr tarixlərində ekspress avtobuslar fəaliyətini gücləndirilmiş rejmdə davam edəcək.

Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti