Minivanda qəfil başlayan yanğın tez bir zamanda avtomobili ağuşuna alır.
Xezerxeber.az xəbər verir ki, ətrafdakı insanlar təhlükəli vəziyyətə görə, maşına yaxın gedən bilməyiblər. Havanın da küləkli olması alovu yaxınlıqdakı avtomobillərə keçirib.
Hadisə Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi 11-D ünvanında çoxmərtəbəli binanın arxasındakı avto-dayanacaqda baş verib.
Zərərçəkmiş sürücülərdən biri, Vüqar Mənsimov deyir ki, avtomobili yeni alıb. Yandığını isə səhər xəstəxanaya gedərkən görüb.
Vüqar Mənsimov avtomobilini yeni alsa da, onu könüllü sığorta etdirməyib. Sürücü deyir ki, amma avtomobilini orda saxlamaq üçün dayanacaq pulu ödəyir.
Bu hadisənin qorunan dayanacaqda baş verməsi təhlükəsizlik məsələsini gündəmə gətirir. Niyə avtomobillərin söndürülməsi üçün heç bir tədbir görülməyib? Sualı binanın komendantına ünvanladıq.
O şifahi olaraq ''Xəzər Xəbər''ə bildirdi ki, həmin ərazi onlara məxsus deyil. Ərazini qoruyan mühafizəçi isə sualımız qarşısında nə deyəcəyini belə bilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.