Xəzər Xəbər

"AAAF PARK" yaşayış kompleksində sakinlərin elektrik problemi həll olunmur VİDEO

Veb TV | 21:40 • 6 Noyabr 2024
"AAAF PARK" yaşayış kompleksində sakinlərin elektrik problemi həll olunmur

Hər ay işıq pulunu vaxtlı-vaxtında ödəyirlər, buna baxmayaraq mənzillərinə elektrik enerjisi fasilələrlə verilir.

Xezerxeber.az xəbər verir ki, söhbət Abşeronun Xırdalan şəhəri 26-cı məhəllə ərazisindəki "AAAF park" yaşayış kompleksinə məxsus 5 binadan gedir.

Bu binalarda yaşayan sakinlər iddia edirlər ki, işıq pulunu kompleksin verdiyi kod əsasında ödəyirlər. Çünki bina aidiyyəti qurumlar tərəfindən təhvil alınmayıb və bu səbəbdən də Azərişıq ASC dövlət sayğacları quraşdırmayıb. Amma ödənilən işıq pulunun müqabilində binalara elektrik enerjisi uzun fasilələrlə verilir. 

Məsələ ilə əlaqədar "AAAF park" yaşayış kompleksinin məsul şəxsləri ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Ancaq binanın komendantı Vüqar Mehdiyev bildirdi ki, elektrik enerjisinin kəsilməsinə səbəb olan borc sakinlərə aid deyil.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən "Xəzər Xəbər"ə bildirildi ki, həmin binalarda yaşayan sakinlər qurumun abonentləri sayılmırlar. Onlara da bu barədə dəfələrlə məlumat verilib. Sakinlər "Azərişıq"la müqavilə bağlayıb sayğac ala bilməz. Çünki heç bir rəsmi sənədləri yoxdur. Binanın isə quruma 202 min manat borcu var. Bu borc ödənmədən problemi həll etmək mümkün deyil. Yalnız həmin borc ödəndiyi təqdirdə "Azərişıq"la müqavilə bağlayaraq sayğac ala bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar