Vətən müharibəsinin simvolu olaraq təməli qoyulan zərfər parkının inşası sürətlə davam edir.
Xezerxeber.az xəbər verir ki, Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parka keçid hissədə 8 Noyabr - Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Əzəməti ilə göz oxşayan parkın ərazisində 44 tağ elementi qələbəyə aparan rəmzi yolu tərənnüm edir. İnşası davam edən tağlardan ən hündürü 44 metrdir. Zəfər parkında həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq.
Muzeyin divarında şəhid olmuş əsgər və zabitlərin adları həkk ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.