Xəzər Xəbər

Bakıdan Salyan və Neftçalaya getmək istəyənlər rayonlara avtobus tapa bilmirlər – ŞİKAYƏT VİDEO

Veb TV | 21:05 • 6 Noyabr 2024
Bakıdan Salyan və Neftçalaya getmək istəyənlər rayonlara avtobus tapa bilmirlər – ŞİKAYƏT

Bakı Beynəlxalq Avtovağzalından Salyan və Neftçalaya avtobuslar işləmir.

Xezerxeber.az xəbər verir ki, məlumata görə, illərdir bu vəziyyət davam edir və həmin istiqamətdə getmək istəyənlər çətinlik çəkirlər.

Paytaxtdan Salyan və Neftçalaya gedənlər ya taksi ilə, ya da avtovağzala daxil ola bilməyən, əsasən iri ticarət mərkəzlərinin yaxınlığından bu istiqamətlərə gedən avtobus və mikroavtobuslardan istifadə etməli olurlar.

Bildirilir ki, əvvəllər avtovağzaldan həmin rayonlara birbaşa avtobuslar gedib-gəlib. Ancaq sonradan bu, hansısa səbəbdən dayandırılıb.

Hazırda özəl mülkiyyətdə olan Salyan avtovağzalından Bakıya, iri ticarət mərkəzlərinə mikroavtobus və avtobuslar fəaliyyət göstərir.

Salyan avtovağzalının müdiri Muxtar Məmmədov ''Xəzər Xəbər''ə bildirib ki, onlara məxsus avtobuslar hər gün səhər saat 7-dən Salyandan Bakıya yola düşür, axşam saat 17:00-a qədər isə Bakıdan Salyan istiqaəmtində hərəkət edirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə də sorğu ünvanladıq. Qurumdan Salyan və Neftçala istiqamətində Bakı Avtovağzalından avtobusların işləmədiyini təsdiqlədilər. O da qeyd edildi ki, hazırda sözügedən istiqamətlərə daşıyıcıların cəlb edilməsi üçün müsabiqələrin keçirilməsi ilə bağlı işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar