Xəzər Xəbər

Sürücülərin qarşılaşdıqları bu problem həll olundu VİDEO

Veb TV | 20:23 • 5 Noyabr 2024
Sürücülərin qarşılaşdıqları bu problem həll olundu

Avtomobili idarə etmək üçün müvəqqəti verilən etibarnamələrlə bağlı sürücülərin üzləşdiyi ənənəvi problem həllini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bundan sonra bu qayda tətbiq olunmayacaq.

Nəqliyyat ekspertləri bildirirlər ki, daha əvvəl etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməsə belə, ondan sonrakı tarixlərin məsuliyyətini daşıyırdı. Lakin tətbiq olunan yeni qaydalar ilə sürücü bu məsuliyyətdən azad edilir.

Yeni qaydada sahibi nəqliyyat vasitəsini müvəqqəti sürmək üçün kiməsə etibarnamə ilə veribsə, artıq avtomobili idarə edən şəxs həmin müddəti özü təyin edə biləcək.

Qeyd edək ki, etibarnamə sürücünün bununla bağlı müraciət tarixindən 1 gün sonra qüvvəyə minəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar