Xəzər Xəbər

Qanunsuz çalışan plastik cərrahlar məsuliyyətə cəlb edilib VİDEO

Veb TV | 19:51 • 5 Noyabr 2024
Qanunsuz çalışan plastik cərrahlar məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alan tibb işçilərinin siyahısı yayılıb.

Bildirilib ki, siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, siyahı ilə bağlı növbədənkənar yoxlama aparılıb.  

14 müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq cərimə tətbiq edilib. Ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib.

Qeyd olunub ki, şübhəli halla qarşılaşan vətəndaşlar Analitik Ekspertiza Mərkəzinin "qaynar xətt"i olan 596 05 20 nömrəsi, yaxud pharma.az saytı vasitəsilə müraciət edə bilərlər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar