Avtobus zolaqları üçün qoyulan nişanlar sürücülər arasında çaşqınlıq yaradır.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər Ziya Bünyadov prospektində tez-tez cərimə edildiklərini bildirirlər.
Onların sözlərinə görə, qoyulan məlumat lövhələri onlarda çaşqınlıq yaradır.
Hətta 4 dəfə cərimə edilən sürücü deyir ki, məlumat nişanlarında saatlar eyni olsa, belə bir problem yaşamazdı.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Ziya Bünyadov prospektinin tunelin üzərində olan hissəsi 2 zolaqlı olduğundan xüsusi hərəkət zolağı günün səhər və axşam pik saatlarında qüvvədədir. Burada quraşdırılan nişanda 2 müxtəlif vaxt təyin edilib 07:00-10:00 və 17:00-20:00-dək, sonrakı hissədə isə
hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, orada qadağa yalnız həmin saatlarda qüvvədədir. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.