Bakıda daha bir küçədə mikromobillik zolaqlarının təşkilinə başlanıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Səməd Vurğun bağı ilə paralel olan Dilarə Əliyeva küçəsindən gedir.
Vətəndaşlar deyirlər ki, əvvəllər velosiped və skuterlərin səkilərdə hərəkəti səbəbindən ərazidə tez-tez kiçik qəzalar olurdu.
Amma velosiped zolağının yaradılmasını təqdir edənlərlə yanaşı, yolun daraldığını düşünənlər də var.
Qeyd edək ki, Dilarə Əliyeva küçəsində çəkilən velosiped yolu ilə bağlı zolaqların enində də müəyyən dəyşikliklər edilib. Həmçinin həmin küçədə velosiped zolağı hələlik Kövkəb Səfərəliyeva küçəsi ilə Puşkin küçələrinin kəsişməsinə qədər olan məsafədə çəkilib. Zolağın yaxın günlərdə daha da uzadılacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.