Xəzər Xəbər

COP29 zamanı paytaxtda hərəkət necə tənzimlənəcək? VİDEO

Veb TV | 15:15 • 5 Noyabr 2024
COP29 zamanı paytaxtda hərəkət necə tənzimlənəcək?

COP29  günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər ediləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bidirilib. Belə ki, hazırda Koroğlu metrosu ətrafından 30 marşrut xətti işləyir ki, tədbir günlərində bu say 3-ə endiriləcək.

Xezerxeber.az xəbər verir ki, 163, 184 və 214 nömrəli marşrut avtobusları “Piramida” adlanan ərazidən Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcəklər. Koroğlu metrosundan yola düşən digər avtobusların isə təxminən 12-si Ulduz metrosu istiqamətinə yönələcək. Agentliyin məlumatına görə digər marşrutlar  “Qara Qarayev” və digər metro stansiyalara yönəldiləcək.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, beynəlxalq miqyaslı tədbirlərlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin və əhalinin rahat hərəkətini təmin edilməsi məqsədi ilə müvafiq konspesiya hazırlanıb.

Dövlət Yol Polisi hərəkətin rahat təşkili üçün sürücülərə çağırış edib.

Nəqliyyatı İntelektual İdarəetmə mərkəzindən verilən məlumata görə, COP 29 zamanı rayondan gələn nəqliyyat vasitələrinin paytaxta girişinə hər hansı qadağa qoyulmayacaq. Amma tədbir müddətində gedişata uyğun olaraq  məhdudiyyət tətbiq oluna bilər. Bu zaman isə sürücülərə alternativ yollar təklif ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar