Xəzər Xəbər

Yeni salınan velosiped zolaqları niyə sonda “yoxa çıxır”? VİDEO

Veb TV | 21:45 • 4 Noyabr 2024
Yeni salınan velosiped zolaqları niyə sonda “yoxa çıxır”?

Velosiped zolağı işıqfora qədər davam edir, işıqfordan sonra isə yoxa çıxır...

Xezerxeber.az xəbər verir ki, yarımçıq velosiped zolaqları oradan istifadə edənlər üçün təhlükə yaradır.

Həmsöhmbət Şöhrət Binnətov isə deyir ki, 3 ildir velosipeddən istifadə edir. Paytaxtda velosiped zolaqların çəkilməsi yaxşı təşəbbüs olsa da, bu cür hallarda təhlükə qaçılmazdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı şəhərində mikromobillik infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir. Hazırda mikromobillik zolaqlarının ümumi uzunluğu 32 km təşkil edir. Bir neçə mərhələdə aparılan işlər Mətbuat prospektində də görülüb.

Növbəti mərhələdə bu zolağın digər küçə və prospektdə yaradılan yollarla əlaqələndirilməsi aparılmaqla zəncirvari şəbəkə əmələ gətiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar