Xəzər Xəbər

Zaqatalada ölən yeni doğulan körpənin anası danışdı: “Hər şey qaydasında idi” VİDEO

Veb TV | 21:38 • 4 Noyabr 2024
Zaqatalada ölən yeni doğulan körpənin anası danışdı: “Hər şey qaydasında idi”

Zaqatalada yeni doğulan körpə ölüb. Hadisə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, rayonun Yengiyan kənd sakini, 24 yaşlı Sahibə Məmmədova 4 gün əvvəl doğuş sancıları ilə şöbəyə daxil olub. Gənc ana və onun yaxınları bildirirlər ki, bu vaxta qədər qadın bütün yoxlanışlardan keçib və hər şey normal olub. Lakin yeni doğulan körpə ölüb.

TƏBİB-dən bildirilib ki, doğuş fəsadsız keçib, lakin ölü döl doğulub.

Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar