Xəzər Xəbər

Elektrikli avtomobillərə maraq artıb VİDEO

Veb TV | 20:25 • 3 Noyabr 2024
Elektrikli avtomobillərə maraq artıb

Azərbaycanda elektrikli avtomobillərə maraq artıb.

Xezerxeber.az-ın məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov bildirib ki, ölkədə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb.

Elektrikli avtomobillərin təmiz enerji ilə işlədiyi üçün karbon emissiyalarını azaltdığını deyən nazir müavini elektromobillərin yanacaq xərclərinin də ənənəvi daxili yanma mühərrikləri ilə müqayisədə aşağı olduğunu bildirib.

Avtomobil satışı üzrə mütəxəssislər bildirirlər ki, elektromobillərə artan maraq avtomobil bazarında digər maşınların satışına təsirsiz ötüşmür. 

Avtomobil ustası Dəniz Ağabəylinin sözlərinə görə, elektromobillərin müsbət tərəfləri ilə yanaşı, bölgələrdə elektrik doldurma məntəqələrinin və avtomobil ustalarının az olması kimi çətinlikləri də mövcuddur.

Dəniz Ağabəyli onu da əlavə edib ki,  elektromobillərin digər problemi isə ehtiyat hissələrinin az tapılmasıdır. Bu isə  daha çox rəsmi servisdən alınmayan avtomobillərdə özünü göstərir.

O, elektromobillərdə hava şəraiti və sürüş tərzinə əsasən kilometrajda enmələrin olduğunu da qeyd edib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar