Xəzər Xəbər

Hava şəraiti kəskin dəyişəcək XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 19:53 • 3 Noyabr 2024
Hava şəraiti kəskin dəyişəcək

Hava şəraiti kəskin dəyişəcək, tempratur 10 dərəcəyədək enəcək.

Xezerxeber.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, bu gün axşamdan sabah axşamadək Bakıda və Abşeron yarımadasında hava kəskin dəyişəcək.

Bölgələrdə də hava kəskin dəyişəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Fövqəladə Hallar Nazirliyi də gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib. Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə əməl edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar