Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində su borusunda qəza baş verib. Nəticədə küçələri su basıb, piyada və sürücülər çətin vəziyyətə düşüblər.
Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında paylayıcı su borusunda baş vermiş qəza səbəbindən qəfildən yolun ortasından su fontan vurub. Qısa müddətdə bir neçə küçə su altında qalıb.
Dərhal sakinlər bu barədə rayon su kanal idarəsinə məlumat veriblər. Aidiyyəti üzrə idarə əməkdaşları əraziyə gələrək qəza baş verən yeri müəyyən ediblər.
İri Şəhərlərin Burləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildirilib ki, suyun həmin əraziyə verilişində müvəqqəti fasilə yaranıb. ''Xidmətin əməkdaşları qəzanın aradan qaldırılması işlərini görürlər. Yaxın saatlarda suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək''-deyə qurumdan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.