Xəzər Xəbər

Vətəndaşın mağazadan aldığı 3 toyuğun yarım kilosu buz çıxdı VİDEO

Veb TV | 21:15 • 2 Noyabr 2024
Vətəndaşın mağazadan aldığı 3 toyuğun yarım kilosu buz çıxdı

Mağazadan toyuq alan vətəndaş, evə gəlib toyuğu təmizləyəndə görür ki, aldığı məhsulun təxminən yarım kilosu buzdan ibarətdir.

Videonu vətəndaşlardan biri çəkərək, "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərib. 3 toyuğun çəkisi üçün pul ödəyən vətəndaş, evinə gəldikdən sonra görür ki, aldığı məhsulun yarım kiloya yaxını buzdur.

Görüntülərlə bağlı qida eksperti Fuad Ağayev bildirdi ki,  toyuq istehsalında müxtəlif texnoloji proseslər aparılır ki,  onların da bəzilərində su, buz, dondurma, şoklama kimi mərhələlər icra olunur. Ancaq burada bir istisna var.

"Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyası ictimai birliyi"nin sədri Mürvət Həsənli isə deyir ki, bütün toyuqlar kəsim vaxtı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanılır və onlara satışdan öncə gündəlik olaraq baytarlıq arayışı verilir.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə də belə videolar tez-tez yayılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti