Xəzər Xəbər

Özünüməşğulluq üçün müsbət cavab alan Biləsuvar sakini niyə aktivlərlə təmin edilmir? VİDEO

Veb TV | 22:00 • 1 Noyabr 2024
Özünüməşğulluq üçün müsbət cavab alan Biləsuvar sakini niyə aktivlərlə təmin edilmir?

Bir neçə il əvvəl atası, indi isə özü özünüməşğulluq proqramından yararlanmaq istəsə də, nəticə əldə edə bilmir…

Xezerxeber.az-ın xəbərinə görə, Biləsuvarın Xırmandalı kənd sakini Aqil Əliyev və atası üç ildir ki, özünüməşqulluq proqramına müraciət ediblər. Məqsədləri qoyunçuluq təsərrüfatı yaratmaq  olub. Ötən müddət ərzində müraciətinə cavab verilib. Ancaq hələ də aktivlərlə təmin olunmayıb.

Aqil  Əliyev bildirir ki, o, əvvəllərdə qoyunçuluqla məşğul olub. Ona xırdabuynuzlu heyvanlar verilsə, təsərrüfatını genişləndirməyə qadirdir.

Məsələ ilə bağlı Dövlət Məşqulluq Agetliyindən "Xəzər Xəbər"ə bildirdilər ki, bu ilin avqustunda Biləsuvar sakini Aqil Əliyevin məşğulluq imkanları qiymətləndirilərək fərdi proqram tərtib olunub. Öz istəyinə uyğun olaraq qoyunçuluq təsərüfatı zərfi özünüməşğulluq proqramı üçün qeydiyyata alınıb. Onun məlumatları proqram üzrə növbəlilik reyestrinə də əlavə edilib.

Lakin ötən ayın 11-də vətəndaşın adına əmək müqaviləsi bağlanıldığı üçün Əmək və məşğulluq altsistemində qeydiyyat statusu sistem tərəfindən birdəfəlik dayandırılıb. Hazırkı vəziyyətdə Aqil Əliyev məşğul şəxs olduğu üçün qanunvericiliyə uyğun olaraq onun proqrama cəlbi mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar