Xəzər Xəbər

66 yaşlı ər və 64 yaşlı arvadının mənzildən meyitləri tapıldı – Hadisənin DETALLARI VİDEO

Veb TV | 21:15 • 1 Noyabr 2024
66 yaşlı ər və 64 yaşlı arvadının mənzildən meyitləri tapıldı – Hadisənin DETALLARI

Goranboyda yaşlı ər və arvadının mənzildən meyitləri aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Doğmaları ötən gün 66 yaşlı Kamal Əkbərov və 64 yaşlı Aidə Əkbərova ilə əlaqə saxlamağa çalışsalar da, onlardan soraq ala bilməyiblər. Qonşular axşamçağı mənzilə daxil olduqda onların öldüklərini görüblər. Kəlbəcər rayonundan keçmiş məcburi köçkün olan ər və arvad Nizami kəndindəki mənzildə yaşayırmış. Onların övladları isə Daşkəsən rayonunda yaşayır.

Yaxınları ehtimal edirlər ki, yaşlı kişi və qadının ölümünə səbəb qaz sobasının düzgün quraşdırılmaması ola bilər.

Onların meyitləri müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anotomiya Birliyinin Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti