Xəzər Xəbər

COP29 üçün Bakıda işlər hansı mərhələdədir? VİDEO

Veb TV | 20:55 • 1 Noyabr 2024
COP29 üçün Bakıda işlər hansı mərhələdədir?

COP29-da iştirak üçün akkreditasiyadan keçən şəxslər Bakı dairəvi dəmir yolundan pulsuz istifadə edə biləcəklər.

Bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Həmçinin gücləndirilmiş iş rejiminə keçid çərçivəsində stansiya və dayanacaqlarda əməkdaşların sayı da artırılıb. Bakı Dəmiryolu Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda Vağzaldan gün ərzində 27 minədək sərnişin istifadə edir. COP29 zamanı qeyd olunan göstəricidən əlavə 5 min civarında sərnişinin daşınacağı gözlənilir. Koroğlu dayanacağında da mövcud turniket zallarının sahəsi genişləndirilib, yeni monitorlar quraşdırılıb.

Görmə qabiliyyətini itirmiş və əlilliyi olan sərnişinlər üçün də Bakı dairəvi dəmir yolu boyunca bir sıra işlər həyata keçirilib. Görmə qabiliyyətini itirmiş sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib.

Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində də gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar