Bakıda iqlim dəyişikliyi ilə bağlı konfransın keçirilməsi türk xalqları üçün böyük qürur hissidir.
Xezerxeber.az xəbər verir ki, bunu Özbəkistanın qeyri-hökumət təşkilatlarının üzvləri bildiriblər. Onların sözlərinə görə bu tədbir nəticəsində təkcə bir ölkə və ya regionda deyil, dünyanın bütün ölkələrini əhatə edən ekoloji problemlərin həlli yönündə müsbət dəyişikliklər baş verəcək.
Artan əhali və şəhərləşmə proseslərinə baxmayaraq, Özbəkistan təbii ehtiyatlardan daha davamlı istifadəyə və qeyri-sabit istehlak və istehsal nümunələrinə son qoymağa çalışır. Ölkə iqlim dəyişmələrinin təsirlərinə qarşı xüsusilə həssasdır. Buna görə sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorlarının karbonsuzlaşdırılması və yeni reallıqlara uyğunlaşma Özbəkistan üçün həyati əhəmiyyət daşıyır.
QHT üzvləri Aral dənizinin qurumasının yaratdığı bir çox problemlərdən də söz açıblar.
Qeyd edək ki, Özbəkistan qlobal iqlim problemlərinə qarşı mübarizənin kritik əhəmiyyətini qəbul edən bir dövlət kimi 1993-cü ildən bu yana BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfidir və Paris Sazişinin iştirakçısıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.