Xəzər Xəbər

Həlak olan minatəmizləyənlərə şəhid statusunun verilməsi təklifi parlamentdən keçdi VİDEO

Veb TV | 22:05 • 31 Oktyabr 2024
Həlak olan minatəmizləyənlərə şəhid statusunun verilməsi təklifi parlamentdən keçdi

Minatəmizləmə fəaliyyəti ilə məşğul olarkən həlak olanlara şəhid statusunun verilməsi ilə bağlı təkliflər müsbət qarşılanıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

İclasda millət  vekili Qüdrət Həsənquliyev kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinə diqqət çəkib.

Qeyd edək ki, sözügedən məsələ  "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti