Xəzər Xəbər

COP29-a gələn qonaqlar necə qidalanacaqlar? VIDEO

Veb TV | 21:45 • 31 Oktyabr 2024
COP29-a gələn qonaqlar necə qidalanacaqlar?

COP 29-un keçirilməsinə sayılı günlər qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, "COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadionunda üç yeni mətbəx qurulub. Bunların üçü Mavi zonada, bir böyük mətbəx isə Yaşıl Zonada olacaq.

Anar Zeynalov həmçinin bildirib ki, stadionun ərazisində 56 yeni kafe-restoran qurulub ki, onlardan 30-u qida satış nöqtələridir. Milli mətbəx, eləcə də dünya mətbəxindən təamlar satışa çıxarılacaq. Anar Zeynalovun sözlərinə görə bu qida satış nöqtələri 1 saat ərzində 6000-dən çox konfrans iştirakçısına xidmət edə biləcək.

Eyni zamanda bildirilib ki, "COP29 zamanı  qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar" deyə şöbə müdiri qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar