Xəzər Xəbər

Azərbaycanın tibb müəssisələrinin COP29-a hazırlıq vəziyyəti açıqlanıb VİDEO

Veb TV | 21:44 • 30 Oktyabr 2024
Azərbaycanın tibb müəssisələrinin COP29-a hazırlıq vəziyyəti açıqlanıb

COP29 keçirilən dövrdə TƏBİB gücləndirilmiş iş rejimində işləyəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, COP29-la bağlı Azərbaycana ümumilikdə 80-ə yaxın yeni təcili tibbi yardım maşını gətirilib.

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov isə bir neçə yerdə yeni tibb məntəqələri yaradılacağını bildirib.

Brifinqdə həmçinin Bakı Beynəlxalq Hava Limanında termometral, yəni uzaqdan temperaturun ölçülməsi cihazının quraşdırılacağı və COP29-da iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər və diaqnostik testlər gətirildiyi də qeyd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar