Xəzər Xəbər

Badamdarda qaya parçalarının yola uçma təhlükəsi qalmaqdadır VİDEO

Veb TV | 19:41
Badamdarda qaya parçalarının yola uçma təhlükəsi qalmaqdadır

Bakı Kənar Dairəvi yolunda qaya parçalarının uçma təhlükəsi qalmaqdadır.

Ərazidə təhlükəsizlik məqsədilə aparılan iş hələ də yekunlaşmayıb.

Xezerxeber.az-ın məlumatına görə, gün ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri hər an yola uça biləcək qaya parçalarının kənarlaşdırılması işlərini aparıb.

Bakıya giriş-çıxışda ən vacib yol hesab edilən Bakı Kənar Dairəvi yolunda sürücülərin təhlükəsizliyini qorumaq məqsədilə yol polisləri də əraziyə cəlb edilib.

Qaya parçaları ərazidən götürülən zaman hərəkət məhdudlaşdırılır. Çəkiliş zamanı qaya parçalarından biri hündürlükdən gələrək yola düşüb. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar əraziyə cəlb edilən qüvvələrin işi davam edir.

Qeyd edək ki, sözügedən yolda 28-i axşam saatlarından başlayaraq qaya parçaları avtomobillərin hərəkət etdiyi yola tökülməyə başlayıb. Hazırda təhlükəni minimuma endirmək üçün işlər davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar