İlkin qiymətləndirməyə görə, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyona yaxın mina basdırılıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə keçirilən işgüzar görüşdə bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində aşkar olunmuş piyada əleyhinə mina sayı 34 min 477-dir.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, işğalçı Ermənistan tərəfindən həmin ərazilərdə yerləşdirilən minalar Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasına, eyni zamanda, 30 il müddətində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə ciddi maneə törədir.
Həmçinin bildirilib ki, beynəlxalq aləm Azərbaycanın mina probleminə lazımi diqqət ayırmır. Bu məsələdə də ikili standartlar hökm sürür. Ərazilərimizin mina və partlamamış sursatlardan təmizlənməsi üçün maliyyənin 95%-i dövlətimiz tərəfindən ayrılır. Qalan 5%-i isə digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təmin edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.