Xəzər Xəbər

Bakıda evdə iki nəfərin meyiti aşkarlanıb VİDEO

Veb TV | 21:12 • 30 Oktyabr 2024
Bakıda evdə iki nəfərin meyiti aşkarlanıb

Bakıda qətl hadisəsi törədilib. Hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 70 yaşlı kişi 63 yaşlı həyat yoldaşını öldürməkdə, daha sonra isə özünə qəsd etməkdə şübhəli bilinir.

Onların meyitləri yaşadıqları evdən aşkar edilib.

Polisdən rayon prokurorluğuna məlumat daxil olub ki, 70 yaşlı Azər Rəfiyev və həyat yoldaşı 63 yaşlı İradə Rəfiyevanın birgə yaşadıqları evdən meyitləri aşkar edilib. Dərhal istintaq qrupu əraziyə baxış keçirib. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. 

Qonşular deyirlər ki, ölən şəxslər əmiqızı-əmioğlu olublar. Bu, Azər Rəfiyevin ikinci nikahı olub, evdə yalnız ikisi yaşayırmış.

Onların birgə nikahdan uşaqları olmayıb. Amma Azər Rəfiyevin birinci nikahdan oğlu var.  Hadisənin bir neçə gün öncə baş verdiyi ehtimal edilir.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' və ''özünü öldürmə həddinə çatdırma'' maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar