Mərkəzi Dəmiryolu Vağzalından Bakı-Pirşağı -Sumqayıt istiqamətində hərəkət edən qatarlarda qeyri-pik saatlarda bir neçə reys texniki fasilə ilə əlaqədar ləğv edilir.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev "XəzərXəbər"ə məlumat verib.
Xezerxeber.az-ın məlumatına görə, Bəxtiyar Hacıyev bildirib ki, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə dəyişiklik edilir.
Bildirilib ki, hərəkət cədvəlinə edilən dəyişiklik müvəqqəti xarakter daşıyır.
O da qeyd olunub ki, dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayında artım var. Ötən ilin müvafiq dövründə 30 min civarında sərnişin daşınırdısa, artıq bu rəqəm bəzi günlərdə 37 mini üstələyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.