Azərbaycanda problemli kreditlərin məbləği 480 milyon manata çatıb.
Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, banklar kredit götürən tərəfin risklərini daha dəqiq qiymətləndirərək geri ödənişi mümkün olan müştərilərə kredit təqdim etməlidirlər. Əks halda, bu sonradan problemli kreditlərə çevrilə bilər.
Vəkillər bildirir ki, problemli kreditlər çətin olsa da, düzgün yanaşma və hüquqi yardım borcalanı bu vəziyyətdən çıxara bilər. Vəkil Mələk Sultanlı deyir ki, banklar tərəfindən belə kredit ödəyicisinə müyyən güzəştlər təklif edilə bilər. Kredit müddəti uzadıla, faiz borcu azaldıla və ya silinə bilər.
Qeyd edək ki, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 faiz artıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.