Dəmiryol vağzallarında sərnişinlər üçün üz tanıma ilə manesiz keçid və pulsuz “vi-fi” olacaq.
Xezerxeber.az xəbər verir ki, qatarlarda ödənişsiz "vi-fi" xidmətininin tətbiqinə vbaşlanılır. Pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.
Mərhələli şəkildə "vi-fi" bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
Bundan əlavə yaxın vaxtlarda dəmiryol vağzallarında üz tanıma ilə keçidin olması planlaşdırılır.
Bu yeniliklərə yaxın vaxtlarda aidyyatı dövlət qrumları ilə birgə aparılan işlər çərçivəsində nail olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.