Son bir neçə ayda Bakıda 32 küçənin əsaslı təmir və yenidənqurması başa çatıb.
Xezerxeber.az xəbər verir ki, şəhərin mobillik proqramına uyğun olaraq avtobus və COP29 zolaqları çəkilib. Cop29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmudlunun sözlərinə görə, əsas məqsəd tədbir zamanı şəhərdə sıxlığın azaldılması və rahat hərəkətin təşkilidir.
Departament direktoru deyib ki, Cop29 üçün nəqliyyat konsepsiyası hazırlanıb. Buna uyğun olaraq Bakının və Abşeron yarımadasının müxtəlif yerlərində nəqliyyat qovşaqlarının yaradılması nəzərədə tutulub. Həmçinin tədbir zamanı ayrılan avtobuslar çoxşaxəli xidmət göstərəcək.
Qeyd edək ki, tədbir zamanı Bakıda şəxsi avtomobillərin hərəkətində heç bir məhdudiyyət nəzərdə tutulmur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.