Xəzər Xəbər

Şəmkirdə elektrik cərəyanı 2 nəfərin ölümünə səbəb oldu – Hadisə şahidləri DANIŞDI VİDEO

Veb TV | 21:15 • 29 Oktyabr 2024
Şəmkirdə elektrik cərəyanı 2 nəfərin ölümünə səbəb oldu – Hadisə şahidləri DANIŞDI

Şəmkirdə 2 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, yanğının fəsadlarını aradan qaldırmaq üçün köməyə gələn 16 yaşlı qız və ev sahibinin kürəkəni ehtiyatsızlıq nəticəsində canından oldu.

Dəhşətli hadisə səhər saatlarında Şəmkirin Düyərli kəndində baş verib.

Yanğın baş verən evin sahibi və köməyə gələn digər qonşular deyirlər ki, faciəyə səbəb elektrik enerjisinin verilib-verilməməsi ilə bağlı anlaşılmazlıq olub.

Qeyd edək ki, hadisə zamanı ölən 16 yaşlı Pərvin Nəsibova ev sahibinin qonşusudur. 31 yaşlı Hümbət İsmayılov isə 2 ay əvvəl ev sahibinin qızı ilə evlənibmiş. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti