Xəzər Xəbər

Milli Məclisdə alkaqollu içkilərin qiyməti ilə bağlı fikir ayrılığı VİDEO

Veb TV | 22:00 • 29 Oktyabr 2024
Milli Məclisdə alkaqollu içkilərin qiyməti ilə bağlı fikir ayrılığı

''Avropa Parlamenti bu qətnamə ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli mövqe nümayiş etdirir, həm də Azərbaycanın əldə etdiyi qələbəyə meydan oxuyur''.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O əlavə edib ki, Avropa Parlamentinin noyabrda ölkəmizdə keçiriləcək COP-29 tədbirinə münasibəti də narahatlıq doğurur.

Digər millət vəkilləri də bildiriblər ki, COP 29-un ölkəmizdə keçirilməsi anti-Azərbaycan dairələri çox narahat edir...

Cari məsələlərdən sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsi aparılıb. İclasda əvvəlcə bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların nağdsız qaydada həyata keçirilməsi təklif olunub.

İclasda alkoqollu içkilərin minimum qiymətlərinin müəyyən olunmasını özündə əks etdirən qanun layihəsi millət vəkilləri arasında fikir ayrılıqları yaradıb.

"Torpaq icarəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində isə millət vəkili aqil abbas işğaldan azad edilən ərazilərdə torpaqların icarəyə verilməsindən danışıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar