Xəzər Xəbər

Bakıda COP29 tədbirində ilk dəfə bərpa olunan enerjidən istifadə ediləcək VİDEO

Veb TV | 21:30 • 29 Oktyabr 2024
Bakıda COP29 tədbirində ilk dəfə bərpa olunan enerjidən istifadə ediləcək

COP29 məkanı işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl enerji ilə təmin ediləcək.

Xezerxeber.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf "Yaşıl Enerji Elektrik Stansiyası" MMC ilə memorandum imzalanma mərasimində deyib.

O bildirib ki, COP29 məkanının əsas enerji təchizatı generatorlar vasitəsilə təmin olunacaq. ABŞ-dən gətirilmiş bu generatorlar hidrogenləşdirilmiş bitki yağı ilə işləyir. Bu da tədbir məkanının tamamilə "yaşıl" enerji ilə təmin edilməsinə imkan yaradacaq.

COP rəsmisi onu da qeyd edib ki, gələcəkdə baş tutacaq layihələrdə də yaşıl enerji texnologiyalarından istifadə edilə bilər. Tədbirin keçirildiyi dövrdə COP29-un sabit infrastrukturunu enerji ilə təmin etmək üçün ümumilikdə 4000 kilovat-saat enerji tələb olunacaq.

O da qeyd edilib ki, yaşıl enerji təchizatı ilə bağlı təşəbbüs ilk dəfə COP29 çərçivəsində reallaşacaq və gələcək tədbirlərdə də bu nümunədən istifadə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti