Xəzər Xəbər

Sabunçu rayonunda bəzi əraziləri su basıb VİDEO

Veb TV | 20:21
Sabunçu rayonunda bəzi əraziləri su basıb

Bu gün səhər saatlarında başlayan leysan xarakterli yağışdan sonra paytaxtın Sabunçu rayonunda bəzi əraziləri su basıb. Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, bu hal hər dəfə güclü yağış yağdıqdan sonra baş verir.

Təxminən 1  saat davam edən yağıntı nəticəsində maşınlar da su içində qalıb.

Sakinlərin sözlərinə görə, hətta yaşayış yerlərinə də dolub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan “Xəzər Xəbər”ə bildirilib ki, dərhal FHN-in qüvvələri ərazilərə cəlb olunub. Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə “Xəzər Xəbər”ə bildirilib ki, yağış normadan artıq yağdığı üçün həmin ərazidə su yığılıb. Rayon sukanal idarəsinin əməkdaşları suyun çəkilməsi ilə məşğuldurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar