Xəzər Xəbər

Elektromobil sürücüləri çətinliklə üzləşirlər VİDEO

Veb TV | 20:37
Elektromobil sürücüləri çətinliklə üzləşirlər

Bakıda bir çox yerdə elektrik doldurma stansiyaları quraşdırılıb. Lakin sürücülər avtomobillərini elektrik enerjisi ilə  doldura bilmirlər. Səbəb isə həmin zolağı digər avtomobillərin park məqsədilə zəbt etməsidir.

Xezerxeber.az-ın məlumatına görə, eleketrik doldurma stansiyaları qoyulub, qurğuya yaxınlaşmaq üçün yolkənarı yaşıl zolaq da çəkilib. Lakin buna məhəl qoyan yoxdur. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, elektrik doldurma üçün nəzərədə tutulan ərazilərdə avtomobil park etmək qadağandır.

O da əlavə edilib ki, yol polisi tərəfindən bu istiqamətdə mütəmadi tədbirlər görülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar