Xəzər Xəbər

Bakı metrosunda qatarların hərəkətində yenə yubanma olub VİDEO

Veb TV | 20:06
Bakı metrosunda qatarların hərəkətində yenə yubanma olub

Bu gün Bakı metrosunda qatarların hərəkətində yenidən yubanma olub.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasında intervaldan əlavə gecikmə olub.

Bu səbəbdən qatar "Memar Əcəmi" stansiyasına sərnişinsiz yola salınıb. Nəticədə "28 May" stansiyasına qədər intervaldan əlavə, qatarlar arasında 5 dəqiqə yubanma yaranıb.

Vətəndaşlar bildirirlər ki, metroda xüsusilə pik saatlarda qatarlar arasında intervallar çox olduğundan stansiyalarda sərnişin sıxlığı yaranır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yarandığından yubanmalar olub.

Qeyd edək ki, baş verən yubanma səbəbindən metronun "İnşaatçılar" stansiyasında qatarlar 7 dəqiqə stansiyada yubanmalı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar