Xəzər Xəbər

İntensiv yağışdan sonra su anbarlarında vəziyyət necədir? VİDEO

Veb TV | 21:53 • 28 Oktyabr 2024
İntensiv yağışdan sonra su anbarlarında vəziyyət necədir?

Bu il anbarlarda 2,5 milyard m³ su ehtiyatı artıqdır.

Bunu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Xezerxeber.az-ın məlumatına görə, Sarvan Ağayev qeyd edib  ki, adətən, suvarma mövsümünün sonuna anbarlarda su azalsa da, bu il belə olmadı.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə su anbarlarında su ehtiyatının çox olması gələn ildə əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında yaranan çətinliklərin aradan qaldırılacağını deməyə əsas verir.

Sarvan Ağayev qeyd edib ki, ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində nəzarətimizə keçən  Sərsəng su anbarında, demək olar ki, su yox idi. 

Bu anbarın ümumi su tutumu 565 milyon m³-dir, azad olunduqdan indiyədək burada 400 milyon m³ su ehtiyatı toplanıb.

O qeyd edib ki, yay fəslinə qədər isə bu anbarın su ilə tam dolacağı gözlənilir.

Sarvan Ağayev açıqlayıb ki, ölkə üzrə suvarılan torpaqların sərhədləri müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri əsasında vektorlaşdırılıb, coğrafi informasiya sistemləri bazasına daxil edilərək xəritələşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar