Xəzər Xəbər

Yağış Abşeron rayonunda fəsadlara yol açıb VİDEO

Veb TV | 21:36 • 28 Oktyabr 2024
Yağış Abşeron rayonunda fəsadlara yol açıb

Yağış Abşeron rayonu, Digah qəsəbəsində problemlərə yol açıb. 

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayonu, Digah qəsəbəsi, Xətai küçəsində zirzəmilərə, evlərə dolan su sakinləri çıxılmaz vəziyyətdə qoyub.

Sakinlərin sözlərinə görə, günlərdir ki, bu vəziyyətdə yaşamağa çalışırlar.

Sakinlər deyirlər ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Həyətlərə, yollara su dolması ilə əlaqədar şagirdlər də məktəbə getməkdə çətinlik çəkirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Məsələ ilə əlaqədar Digah qəsəbə icra nümayəndəliyi ilə də əlaqə saxladıq. Nümayəndəlikdən "Xəzər Xəbərə" bildirildi ki, yaranmış vəziyyətlə əlaqədər olaraq Fövqəladə Hallar Nazirliyinə və Su Ehtiyatları Agentliyinin yerli şöbəsinə məlumat verilib. Vətəndaşların problemlərinin həlli istiqamətində tədbirlər görülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar