Bakıda 32 yaşlı kişi qəbiristanlığın yaxınlığında qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində baş verib.
Rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, qəbiristanlığın yaxınlığında qəsəbə sakini Rüfət Rüstəmov bıçaqlanıb. Dərhal istintaq qrupu əraziyə baxış keçirib. Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
Əliəkbər Səmədlinin atası Valeh Səmədov deyir ki, onlar qonşu olublar. Əvvəldən oğlu ilə Rüfət arasında ədavət olmayıb.
Faktla bağlı Əliəkbər Səmədli barəsində Qaradağ Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.