Xəzər Xəbər

Dəm qazından necə qorunaq? VİDEO

Veb TV | 14:45 • 28 Oktyabr 2024
Dəm qazından necə qorunaq?

 Dəm qazından boğulma halları artıb.

Xezerxeber.az-ın xəbərinə görə, kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov deyir ki, bu təhlükə, qazın natamam yanması nəticəsində meydana gəlir və vaxtında müdaxilə edilməzsə, insan həyatına 7 -30 dəqiqə aralığında son qoyur. Ekspertin sözlərinə görə, dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün tüstü bacaları düzgün quraşdırılmalı və müntəzəm təmizlənməlidir. Eyni zamanda təhlükədən qorunmaq üçün evlərdə detektorların quraşdırılması da mütləqdir.

“Azəriqaz İB”-dən bildirilir ki, dəm qazının qarşısını almaq üçün  yanma məhsulu olan otaqda tez-tez hava dəyişdirilməli, qızdırıcıların hava sorucu boruları daim nəzarətdə saxlanılmalıdır.

Fövqəladə Hallar Nazirliyindən də deyilir ki, dəm qazından qorunmağın ilkin şərti təhlükəsiz, yəni nasaz olmayan və standartlara cavab verən qaz cihazlarından istifadədir.

Qeyd edək ki, bu ilin 10 ayında dəm qazından 100-ə yaxın zəhərlənmə faktı qeydə alınıb. 50-ə yaxını ölüm ilə nəticələnib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar