İnformasiya texnologiyaları üzrə kurslara maraq artıb.
Xezerxeber.az-ın xəbərinə, məlum məsələdir ki, hazırda ən gəlirli sahələrdən biri informasiya və kommunikasiya texnologiyalarıdır. Bu sektora tələbat artdığından müvafiq kursların sayı da çoxalıb. Belə kursların aylıq qiyməti isə 200 manatdan 5 min manatadək dəyişir. Bunu informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyir.
Bəs bu kursların qiymətləri niyə yüksəkdir?, O məbləği ödəməyə dəyirmi?
Mütəxəssis deyir ki, kursların bu sahədə tanınma səviyyəsi və marketinq strategiyası da qiymətlərin müəyyən edilməsində rol oynayır.
Məsələ ilə bağlı paytaxt sakinlərinin də fikirlərini soruşduq. “çox bahadır”,- deyən də oldu, “işləyəndən sonra o pulu qat-qat geri qaytarmaq olar” deyən də.
Onu da vurğulayaq ki, dövlət və özəl sektorda çalışan İT mütəxəssislərin məvaciblərində 2-3 dəfəyədək fərq özünü göstərir. Məsələn, bir şəbəkə inzibatçısı dövlət sektorunda min manat civarında əməkhaqqı alırsa, özəl sektorda bu rəqəm 2500-3000 manat, hətta daha çox ola bilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.