Xəzər Xəbər

Kirayə yolu ilə mənzil satışı sadələşdirilib VİDEO

Veb TV | 22:15 • 27 Oktyabr 2024
Kirayə yolu ilə mənzil satışı sadələşdirilib

Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs ödənişi edə bilmədiyi halda mənzili başqasına sata bilər.
Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, kirayə haqqını ödəyə bilməyəcəyini görən istənilən şəxs bu hüququ başqasına ötürə bilər .

Ekspert qeyd edib ki, alıcalara qarşı tələblər sərt deyil, hətta kredit tarixçəsi korlanmış şəxslər də kirayə üsulu ilə ev sahibi ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 mindən çox ailə mənzil sahibi olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar