Xəzər Xəbər

Azərbaycana ət idxalı kəskin artıb - Qiymət niyə ucuzlaşmır? VİDEO

Veb TV | 21:14 • 27 Oktyabr 2024
Azərbaycana ət idxalı kəskin artıb - Qiymət niyə ucuzlaşmır?

Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyir ki, bu, ölkədə ətin qiymətinin dəfələrlə artmasına qarşı hökumətin atdığı addımdır.

Razi Nurullayev onu da bildirib ki, əslində, ölkəyə idxal olunan məhsulların artırılması ilə əlaqədar qiymətlər enməliydi. Lakin bu proses baş vermir. İdxal olunan donmuş ət ucuz olsa da, ölkədə qoyun və mal ətinin qiymətində artım davam edir. Buna səbəb isə vətəndaşların donmuş ətə üstünlük verməməsidir.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə, son 1 ayda ətin qiyməti 1,7 faiz artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar