Xəzər Xəbər

Bakıda tikinti şirkəti borunu zədələyib, içməli su küçəyə axır VİDEO

Veb TV | 21:33 • 26 Oktyabr 2024
Bakıda tikinti şirkəti borunu zədələyib, içməli su küçəyə axır

Bakının Nəsimi rayonunda aparılan söküntü işləri zamanı içməli su xətlərinə xəsarət yetirilib. Sakinlərin sözlərinə görə, içməli su günlərdir ki, küçəyə axır.

Xezerxeber.az-ın məlumatına görə, içməli su tullantı sularına qarışaraq küçənin hər yerindən üzə çıxır.

Sakinlər deyirlər ki, onsuz da bərbad vəziyyətdə olan küçədə əvvəl təkcə yağış yağanda çəkmə geyinirdilər, indi isə hər gün.

Hasarlanmış ərazidə böyük su çuxuru yarandığından məsul şirkət işləri müvəqqəti dayandırıb. Sakinlərdən də bu tikintinin hansı şirkətə aid olduğunu öyrənə bilmədik.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, həmin ərazidə tikinti şirkəti söküntü işləri həyata keçirib və infrastruktur tamamilə dağıdılıb. Ərazidə yeni tikinti işləri aparılacaq. Sukanal idarəsi tərəfindən isə kanalizasiya boruları tez-tez təmizlənir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar