Son zamanlar Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb.
Xezerxeber.az-ın məlumatına görə, bu bayram əsasən məktəblilər və bağça yaşlı uşaqlarda maraq yaradır. Ancaq bu bayramın qeyd edilməsinə qarşı olanlar da var, onu dəstəkləyənlər də.
Bu bayramın aksesuarlarına da maraq kifayət qədərdir. Qiymətləri isə ölçülərinə görə dəyişir.
Psixoloq Fidan Əsgərova isə deyir ki, bəzi aksesurların çox qorxulu olması uşaqlara mənfi təsir edir. Gənclər üçün isə əksinə, bu bayramın qeyd edilməsi onlarda yaxşı əhval-ruhiyyə yaradır.
Fidan Əsgərova tövsiyə edir ki, azyaşlılar üçün bu aksesuarları seçərkən daha diqqətli olmaq lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.