Şirvanda 12 gün əvvəl ana olan qadın qəfil vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, 26 yaşlı Səma Yusubova Şirvan doğum evində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Bir neçə gün sonra evə buraxılan qadının halı qəfil pisləşib.
Mərhumun anasının iddilarına görə, vəziyyəti ağır olan qızının halı daha da pisləşib.
Ananın ölümü ilə bağlı TƏBİB açıqlama yayıb. Açıqlamada bildirilib ki, 19 oktyabr tarixində tam kafi vəziyyətdə körpə ilə birlikdə qadın evə yazılıb. “Yaxınlarının deməsinə görə, çiməndən sonra pasiyentdə kəskin baş ağrıları, bədən temperaturunun qalxması, mədə bulanması olub.
Dünən isə saat 18:00 radələrində fasiləsiz qusma, kəskin baş ağrıları ilə yaxınları tərəfindən xəstəxanaya gətirilib. Bütün analizlər olunub, yarasında heç bir patologiya olmayıb.
Gecə saatlarında xəstənin qəfil halı pisləşib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”,- deyə məlumatda qeyd olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.