Xəzər Xəbər

Yağışlı havada 5 piyadanı avtomobil vuraraq öldürüb XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:16 • 26 Oktyabr 2024
Yağışlı havada 5 piyadanı avtomobil vuraraq öldürüb

Bir neçə gün əvvəl ölkə ərazisinə yağan güclü yağış yollarda nəqliyyatın hərəkətini iflic etməklə yanaşı, piyada vurulması hallarını da artırıb. Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib. Xezerxeber.az-ın məlumatına görə,

bildirilib ki, hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb.

Əlavə edilib ki, aramsız yağan yağış səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşməyib.

Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır.

Bütün hallarda qeyri-sabit hava şəraiti müşahidə edilən bu günlərdə hərəkət iştirakçıları yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmalı, sürücülər sürət həddini minimuma endirməli, hərəkət zamanı ara məsafəsi saxlanmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti