Biləsuvarda minik avtomobili traktorla toqquşub, bir nəfər ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 55 yaşlı Sərdar Şahmuradovun idarə etdiyi minik avtomobili qoşqulu traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 8-ci sinif şagirdi Səbuhi Şahverdiyev ölüb. Avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətlərilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Göygöldə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sərnişinlərdən biri - 18 yaşlı Ramal Qurbanzadə dünyasını dəyişib. 3 nəfər isə bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Yevlaxda isə minik və yük avtomobilləri toqquşub. Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili yük maşınınına çırpıldıqdan sonra zərbənin təsirindən yoldan bir neçə metr kənara - su kanalına düşüb. Yol-nəqliyyat hadisəsi zamanı minik maşınında olan sərnişin - 63 yaşlı Vahid Babayev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı minik maşının sürücüsünün də xəsarət aldığı bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.