Xəzər Xəbər

Bakıda memarlıq abidəsi kimi qeydiyyatda olan binanın eyvanı uçub VİDEO

Veb TV | 20:50 • 24 Oktyabr 2024
Bakıda memarlıq abidəsi kimi qeydiyyatda olan binanın eyvanı uçub

Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 4 ünvanı, metronun "Nizami" stansiyasının yaxınlığında yerləşən binanın ikinci mərtəbənin eyvanı uçub.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, qəzalı vəziyyətdə olan binanın eyvanı hava şəraiti ilə əlaqədar çöküb.

Hər hansı kənar müdaxilə olunmayıb. Sakinlərin sözlərinə görə, binanın digər eyvanlarının da uçma təhlükəsi var.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, məktub yazdıqlarını, amma nəticəsinin olmadığını bildirirlər. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bina qəzalı binaların siyahısına salınıb. Təxminən 2-3 il əvvəl orada yaşayanların köçürülməsi nəzərdə tutulmuşdu. Ancaq bəzi sakinlər, xüsusilə də binanın alt mərtəbəsində yerləşən obyektlərin sahibləri razılaşmadıqlarına görə bu proses dayanıb. O da qeyd olundu ki, bina memarlıq abidəsi kimi Mədəniyyət Nazirliyinin balansındadır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar